Sabah Ramazan ayının on doqquzuncu günüdür.
BUTA.TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 29-da imsak vaxtı saat 05:02-də, iftar vaxtı isə 19:17-dədir.
On doqquzuncu günün imsak duası:
“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin!”
Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır