Vaşinqton, London və Kiyevin Moskvada “Krokus Siti Holl”da baş verən terror aktında əli yoxdur.
BUTA.TV-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Birincisi, bu, sadəcə yalandır. Dövlət Departamenti Ukraynanın bu hadisə ilə əlaqəsini sübut edən heç bir dəlilin olmadığını açıq aydın bildirib. Çünki Ukrayna bu hadisədə iştirak etməyib”, - deyə Miller bildirib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu qanlı olayın arxasında ABŞ, Böyük Britaniya və Ukraynanın dayandığını iddia edir.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır