Rəqəmsal transformasiya hər bir iqtisadiyyat, o cümlədən indi yerli generativ süni intellekt hazırlayan Azərbaycan üçün vacibdir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib.
“Analoji süni intellekt həlləri aparıcı “blue chips” şirkətlər - həm dövlət, həm də özəl sektorun şirkətləri tərəfindən tətbiq edilir. Bu, hər şeyin işıq sürəti ilə dəyişdiyi bir məkandır, ona görə də düşünürəm ki, bu sahəyə investisiyalar davam edəcək. Həmçinin təhsil və iqtisadiyyat arasında düzgün körpünün təmin edilməsi baxımından maarifləndirmənin artırılması zəruridir. İnsan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də onun ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsindən əmin olmaq üçün zəruri elementdir”, - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və regionda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzini (4SİM) yaradan ilk ölkə olub ki, bu mərkəz digər özəl, dövlət və hökumət qurumları ilə birgə xüsusən iqtisadiyyatda, eləcə də Azərbaycanın digər sahələrində rəqəmsallaşmanın sürətinin artırılması prosesinə rəhbərlik edir.
Qeyd edək ki, generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır