Düşmənlər Moskvadakı “Krokus Siti Holl”da baş vermiş terror aktı fonunda Rusiyada milli məsələ ilə bağlı vəziyyəti sarsıtmağa çalışır.
BUTA.TV xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Biz artıq görürük ki, düşmənlər həmişə olduğu kimi, milli məsələdən istifadə edərək, vəziyyəti daxildən necə sarsıtmağa çalışırlar. Rusiya çoxmillətli olub və olacaq. Mən şəxsən onun gücünü, böyüklüyünü bunda görürəm. Və məhz bu keyfiyyətə görə onun düşmənləri həmişə ilk əlverişli anda burdan vurmağa çalışırlar. Amma heç bir halda milli mənsubiyyətə və ya dinə görə vətəndaş təqibinə yol verilməməlidir”, - Kadırov bildirib.
Onun sözlərinə görə, Rusiya artıq neonasizmlə uğurla mübarizə aparır və ölkə daxilində millətçi təzahürlərlə də uğurla mübarizə aparmağa heç nə mane olmayacaq.
Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da kütləvi insan tələfatına səbəb olan teraktdan sonra Rusiyada millətçi şüarlar səsləndirilir.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır