Fikrimcə, baş verənlər belədir: ilk növbədə, bizim şüurumuzda müəyyən mənada həm də fiziki olaraq tarixi Ermənistandan real Ermənistana çox ağrılı keçid baş verir.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan martın 23-də Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupu ilə görüşü zamanı deyib.
“Bu proses yeni deyil, bu keçid prosesini Yeğişe Çarents “Yerkir Nairi” romanında təsvir etmişdir. 2022-23 Milad mesajında “Yerkir Nair” romanından bəhs etdim, bu haqda çox müzakirələr, strategiyanı, prosesləri tanımaq mənasında çox tənqidlər oldu. Amma sonra dəhşətli bir hadisə baş verdi, əslində romanda təsvir olunanlar məhz Dağlıq Qarabağda gerçəkləşdi. Bütün bunların nə qədər dəqiq baş verməsi hətta qorxuludur. Biz bununla üzləşməliyik, amma biz də o prosesə münasibət formalaşdırmalıyıq”, - deyə o bildirib.
Paşinyan qeyd edir ki, iki yanaşma var – birincilər tarixi Ermənistandan real Ermənistana keçidə müqavimət göstərir və bunu məqbul hesab etmir, ikincilər isə bunu zərurət hesab edir və təhlükəsizliyin, rifahın, iqtisadi inkişafın, Ermənistanın xoşbəxtliyi təmini sayır:
“Mənim yanaşmam ondan ibarətdir ki, biz bu yolla getməliyik. Bizim partiyanın missiyası xalqımızın və dövlətimizin tarixi Ermənistandan real Ermənistana keçidinə və uzunmüddətli institusional inkişafına rəhbərlik etməkdir. Qorxuram ki, böyük Ermənistan real Ermənistanı da tarixi Ermənistana çevirsin”.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır