"Krokus Siti Holl"un fədakar mühafizəçilərinə və qonşu təşkilatların əməkdaşlarına, faciə gecəsi işləyən, ümumi bəladan kənarda qalmayan və insanlara kömək edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirmək istəyirəm.
BUTA.TV xəbər verir ki, bunu "Krokus Qrup"un vitse-prezidenti Emin Ağalarov öz İnstaqram səhifəsində yazıb.
"Həmin insanlar arasında rejissor Aleksey Vısotski, inzibatçı Sonya Meyer, xüsusi layihələr şöbəsinin müdiri Sergey Maksimenkov, qonşu obyektlərin mühafizə əməkdaşları Aleksandr Pozdnyakov və Aleksandr Antipov, "Krokus Siti Holl"un mühafizəçisi Aleksey Osanuşkov və başqaları var. Bu insanların şücaəti əvəzsizdir və heç vaxt unudulmayacaq.
Hamımız üçün dəhşətli bir kədər oldu. Qurbanların ailələrinə səmimi başsağlığı verirəm, bütün qəlbimlə sağalmağı və qurbanlara zehni güc diləyirəm", - deyə paylaşımda vurğulanıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır