Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın məqsədinə - dövlətin demilitarizasiyasına nail olunduğunu söyləmək olar.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT TŞ-nin sessiyasında bildirib.
“Ukrayna ordusunun uzun müddətdir ki, öz silahları ilə döyüşmədiyini nəzərə alsaq, demək olar ki, bizim xüsusi əməliyyatımızın məqsədinə - Ukraynanın demilitarizasiyasına nail olunub”, - o vurğulayıb.
Nebenzyanın sözlərinə görə, ukraynalılar yalnız NATO ölkələrindən gələn təchizat sayəsində sağ qalırlar:
“Döyüş meydanındakı vəziyyət hazırda Ukrayna ordusu üçün fəlakətlidir və rus qoşunları Kiyevə hərəkət edən Qərb zirehli texnikasını məhv etməklə öz uğurlarını möhkəmləndirməyə davam edir”.
O, həmçinin qeyd edib ki, NATO ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakını inkar etmək mənasızdır və bunun üçün yüzlərlə sübut var.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır