RT və “Rossiya seqodnya”nın baş redaktoru Marqarita Simonyan "Krokus Siti Holl"da ötən gün baş verən terror aktını törədənlərdən birinin dindirilməsinin görüntülərini paylaşıb.
BUTA.TV xəbər verir ki, Simonyan paylaşımında dindirilən şəxsin rus dilini bilmədiyini qeyd edib.
Videoda terrorçu deyir ki, həmyerlisi Məhəmmədlə Dmitrovkada yataqxanada yaşayır:
“İş yox idi, ancaq sonra Abdulla (kim olduğu qeyd olunmayıb - red.) messencer vasitəsilə bizimlə əlaqə saxladı. Biznes qurmaq qərarına gəldik, Abdullanın qohumlarından köhnə "Reno" avtomobilini aldıq və taksi işləməyə başladıq. Alınmadı.
Sonra Abdulla bir anda çoxlu pul qazanmağı təklif etdi. Bunun üçün silah götürməli, "Krokus"un yanına gedib günahsız silahsız insanları güllələməli idik. Yolumuza çıxan hər kəsi...".
Terrorçunun ifadəsini paylaşan Simonyan "əclaf da razılaşıb" deyə qeyd edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır