ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Rusiyadakı səfirliyi vasitəsilə Moskvada olan vətəndaşlarını böyük toplantı yerlərindən uzaq olmaqla bağlı xəbərdar etmişdi. Demək, Mərkəzi Kəşfiyyat İdarəsinin hansısa informasiyası olub.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Moskvanın “Krokus Siti Holl” kompleksində baş verən teraktla bağlı qeyd edib.
“Musiqi salonuna hücum edənlərin kimliyi barədə hələ ki, səhih məlumat yoxdur. Bu olayın Ukrayna müharibəsiylə əlaqəsinin olub-olmadığı da bəlli deyil.
Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olsa da, Vaşinqton, Brüssel və digər paytaxtlar konsert salonuna terror hücumunu pisləyirlər. Buna baxmayaraq, son olaydan sonra Rusiya hakimiyyəti sərt tədbirlərə əl atacaq. 1999-cu ildə Moskva binalarında ard-arda baş verən partlayışlar hakimiyyətə yeni gələn Vladimir Putinin çeçen mücahidlərə qarşı mübarizəsini sərtləşdirmiş və Çeçenistanda müharibəni alovlandırmışdı”, - politoloq əlavə edib.
Qeyd edək ki, 7 martda ABŞ da daxil olmaqla, bir neçə ölkə Rusiyadakı vətəndaşlarına kütləvi tədbirlərdən uzaq olmaq çağırışı etmişdi.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır