Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri erməni jurnalist Oskan Sərkisyan deyib.
“Voskeparda (Əskipara - red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib, Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, - O.Sərkisyan bildirib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır