Qərb ölkələrinin Ukraynaya yardımı təkcə silah təchizatı ilə məhdudlaşmaya bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyerri Burkhard deyib.
O bildirib ki, Qərbin Ukraynaya yardımı silah tədarükündən kənara çıxa bilər.
General qeyd edib ki, avropalılar yaxın onillikdə Avropada təhlükəsizliyi təmin etmək üçün riskə getməyi bacarmalıdırlar.
“Kiyev ona kömək üçün qoşun göndərməyi xahiş etməsə də, NATO hadisələrin istənilən inkişafına hazırlaşmalıdır”, - o əlavə edib.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır