Türkiyənin müdafiə naziri Yaşar Gülər Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, Gülər qəzaya uğrayan F-16 təyyarəsinin yaralanan pilotuna şəfa diləyib.
Dendias da öz növbəsində Gülərə səmimi arzularına və pilotla səmimi marağına görə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Halkidiki yarımadasının cənubunda yerləşən Psatura adası yaxınlığında qəzaya uğrayıb.
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır