Hazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.
BUTA.TV xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, gücləndirilmiş iş rejimində çalışan mərkəzin əməkdaşları müşahidə kameraları vasitəsi ilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar.
“Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin yaratdığı hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək”, - deyə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı