Bekçikanın paytaxtı Brüsseldə keçirilmiş Avronest Parlament Assambleyasının (PA) Enerji Təhülkəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün Azərbaycan nümayəndə heyəti sənədi etirazla qarşılayıb.
BUTA.TV xəbər verir ki, deputatla aparılan görüşlər kompromis variant hazırlamaq üçün nəticə vermədiyindən məruzənin tamamilə ləğvinə nail olunub.
Müzakirədə çıxış edən deputalar Vüqar Bayramov, İltizam Yusifov və Razi Nurullayev enerji təhlükəsizliyi və yeni enerji infrastrukturlarının inşa edilməsində Azərbaycanın rolu, "yaşıl enerji"yə keçidin vacibliyi, Azərbaycanda COP29 tədbirinin keçirilməsinin dünyaya verəcəyi töhfə haqda fikirlər səsləndirib. İclasda Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu "Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması" olaraq seçilib.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı