Moskva Bakı ilə İrəvan arasında danışıqlar prosesinin nəzarətində olmasını istəyir, onun nəzarətindən kənar sülh prosesi və çərçivə sazişi maraqlarına cavab vermir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edi.
“Misal üçün Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə diqqəti kəndlərin qaytarılmasının sülhə xidmət edəcəyinə yönətlmək əvəzinə, Paşinyanın müharibə ifadəsindən yapşıb. “Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar” deyə Zaxarova Paşinyanın bəyanatının Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. Mariya Zaxarova Paşinyanın siyasətinin və açıqlamalarının qərblilərlə məsləhətləşmələrinin nəticəsi olduğunu deyib. Paşinyanın son açıqlamalarının leytmotivi Ermənistana məxsus olmayan kəndlərin Azərbaycana qaytarılması ilə bağlıdır. Bu haqda isə Zaxarova və digər Rusiya rəsmiləri açıqlama vermirlər. Halbuki 4 kəndin Azərbaycana qaytarılmasının Qərblə əlaqəsi yoxdur, bu Nikol Paşinyanın qərarıdır, çünki reallıq bunu diktə edir, üstəgəl bu şifahi razılaşma Rusiya Prezidenti Vladimir Putinin də 9/10 noyabrda Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı üçtərəfli bəyanatla əlaqəlidir”, - politoloq vurğulayıb.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı