Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə məlumat xarici KİV-də yayılıb.
Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir:
“Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub.
Bu sistemi Azərbaycan hökuməti beynəlxalq turizmi inkişaf etdirmək və mədəni mübadiləni təşviq etmək məqsədi ilə təqdim edib. Adi e-Viza üçün dövlət rüsumunun məbləği 26 ABŞ dolları, təcili elektron viza üçün isə 61 ABŞ dolları təşkil edir. Adi vizanın baxılma müddəti 3 iş günü, təcili viza üçün isə 3 saatdır. Bu təşəbbüs Pakistan vətəndaşlarına Azərbaycanın zəngin tarixini və müxtəlif mənzərələrini araşdırmaq imkanı verir".
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Pakistandan Azərbaycana gələnlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 % artıb.
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda
- Sabah ölkəyə dolu düşəcək, şimşək çaxacaq
- Bakı hazırdır: Nəqliyyatın iş qrafiki və qaydalar...
- Ailə üzvlərini öldürən Əhməd yenə cinayət törədib? - Səs yazısı