Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə bildirib ki, İrəvan sərhəd kəndləri məsələsində Bakıya güzəştə getməsə, o zaman həftənin sonunda müharibə başlaya bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi görün hansı yerə çatdırdılar. Qeyd edək ki, bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - o bildirib.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda