Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a verilən məlumata görə, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.
Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir.
TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri gözlənilir.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda