Şabranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı minik maşını nasazlıq səbəbindən yolun kənarında dayanan VAZ 21019 markalı avtomobillə toqquşub. Qəza nəticəsində yaralanan iki nəfər təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda