Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır.
BUTA.TV “Fotospor” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba komandanı düşdüyü durumdan 52 yaşlı mütəxəssisin çıxaracağına inanır.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı səfər oyununu tribunadan izləyən Aybaba hesab edir ki, hazırkı baş məşqçi Fernandu Santuşdan sonra bu posta ən layiqli çalışdırıcı Qurbanovdur. Türkiyəli mütəxəssis eyni zamanda “Qarabağ”ın iki futbolçusu Juninyo və Abdullah Zubirin də çıxışını bəyənib. O, Ağdam təmsilçisinin üç üzvü ilə bağlı rəhbərliyə raport təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 30 turdan sonra 46 xalla dördüncü pillədə qərarlaşıb.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək