Moldova hökuməti Dnestryanıda hərbi bazaya Ukrayna ərazisindən PUA hücumu ilə bağlı məlumatı təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə Moldova Nazirlər Kabinetinin Reinteqrasiya Bürosunun mətbuat xidməti məlumat yayıb.
"Ukrayna ilə təmasda olan Kişinyov hakimiyyəti Dnestryanı bölgəyə hücum faktını təsdiqləmir. Videomaterialları araşdırıb məlumat mübadiləsi apararaq bildiririk ki, bu hadisə rayonda qorxu və panika yaratmaq cəhdidir. Kadrlarda əks olunan hərbi texnika bir neçə ildir ki, istismardan çıxıb",- məlumatda deyilir.
Qeyd edək ki, Rusiya mediası Dnestryanıda hərbi bazaya PUA hücumunun həyata keçirilməsi barədə məlumat yayıb.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək