Fransanın “Liberation” jurnalı Ramazan ayında Qəzzada aclıq çəkən fələstinlilərin oruc tutmasını ələ salan karikatura nəşr edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Paris Tudey” məlumat yayıb.
“Karikaturada uşağının yanında oturan fələstinli qadının aclıqdan dilinin ağzından çıxması əks olunub. Eyni aclıq vəziyyətində olan qəzəbli əri isə ağzında sümük olan siçovulların arxasınca qaçır. Lakin qadın kişiyə iftara qədər bunu etməyə icazə vermir”, - məlumatda qeyd olunub.
Sosial şəbəkə istifadəçiləri karikaturanı Fransada islamafobiyanın dəlili adlandırıb, digərləri isə Qərbi ikili standartlar tətbiq etməkdə ittiham edib.
Qeyd edək ki, “Liberation” nəşrinin redaktoru İsrailin hərbi kəşfiyyatında işləmiş Dov Alfondur. Jurnalın sahibi isə yəhudi əsilli fransalı milyarder Patrik Deridir.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək