Məşhur model Kara Delevinnin Los-Ancelesdəki 7 milyon dollarlıq malikanəsi yanaraq kül olub.
Kult.az xəbər verir ki, həm də aktrisalıq edən ingilis model yanğın zamanı evdə olmayıb. O, teatr tamaşası üçün Londona gedib.
Bildirilir ki, gecə 4 radələrində evin arxa bağçasından başlayan yanğın qısa müddətdə evə də keçib və malikanə tam olaraq yanıb.
“İnana bilmirəm. Həyat bir anda dəyişə bilər. Sahib olduqlarınızın qiymətini bilin”, - model İnstaqram hesabında hadisəyə münasibət bildirərkən yazıb.
Yanğının dəqiq səbəbi məlum deyil.
Qeyd edilir ki, model 2019-cu ildə bu mülkü 7 milyon dollara alıb.
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir