Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakıda üçtərəfli formatda keçirilmiş növbəti görüşü ilə bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda ölkələr arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunub.
Bildirilib ki, İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli formatda növbəti görüşünün yüksək səviyyədə təşkil edilməsinə və isti qarşılanmaya görə Ceyhun Bayramova təşəkkür edib.
Qeyd edilir ki, görüş zamanı üçtərəfli formatın regional inkişafda əhəmiyyəti və rolu vurğulanıb. Habelə, üçtərəfli görüşün regional inkişafda mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın cari gündəliyini müzakirə edən nazirlər Gürcüstan Baş nazirinin rəsmi səfərinə və martın 16-da Bakıda keçirilməsi planlaşdırılan ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək ali səviyyəli görüşləri yüksək qiymətləndiriblər”, - bəyanatda vurğulanıb.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi