Görürsünüz, elə bir gün keçmir ki, ən adi əsaslarla törədilmiş amansız qətllər barədə bir neçə xəbər olmasın. Erməni xalqı yox yerdən bir-birini parçalayır.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
“Bütün bunların əsas səbəbi isə bəllidir: ermənilər bir-biri ilə normal danışmağı, bir-birini başa düşməyi belə bilmir, adi məişət məsələlərini qışqırmadan həll etmək ənənəsi yoxdur. Yəni ermənilər qonşuları ilə, xüsusən də türklər və azərbaycanlılarla effektiv ünsiyyət qurmaq, problemləri həll etmək bir yana qalsın, bir-bir ilə effektiv ünsiyyət qura bilmir. Və bu xəbər deyil. Bu, həm də xarici dünya və ətraf mühit qorxusuna səbəb olur. Erməni qonşu xalqlarla ünsiyyət qurmaqdansa, özünü təcrid etməyə üstünlük verir. Çünki əgər o öz xalqının nümayəndələri ilə effektiv və təhlükəsiz ünsiyyət qurmağı bilmirsə, o, yadlarla necə effektiv şəkildə danışa və təhlükəsiz ünsiyyət qura bilər? Ona görə də milli məqsədlərinə bir az da xələl gətirməmək üçün necə səmərəli işləməli olduğunu düşünməkdənsə, özünü təcrid etməyə, hamını qaniçən canavar elan etməyə üstünlük verir”, - o bildirib.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi