Pandemiyanın təsirləri səhiyyə sistemlərini iflic etdi. Səhv informasiya axını səbəbindən dövlətlər və hökumətlər arasında inam sarsıldı.
BUTA.TV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Bəs biz pandemiyanın səhvlərindən dərs çıxara biləcəyikmi? Hazırda ÜST-ün bütün üzv dövlətləri birgə saziş üzrə danışıqlar aparırlar ki, pandemiya zamanı çatışmayan məqamların aradan qaldırılması üçün baza yaransın. Gəlin, növbəti doqquz həftədə sazişi başa çatdırmaq üzərində işləyək”, - o əlavə edib.
ÜST-ün baş direktoru, həmçinin pandemiya dövründə Prezident İlham Əliyevin göstərdiyi səyləri alqışlayıb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi