Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Laçın rayonu Zabux kənd həkim məntəqəsinin açılışı olub.
BUTA.TV xəbər verir ki, açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məsul şəxsləri, Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl, Laçın Abadlıq Xidməti MMC-nin direktoru Nəsimi Ağayev, kənd icra nümayəndəsi, sakinlər, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Laçın Rayon Mərkəzi Xəstəxanasına direktoru Orxan Cəbrayıl qeyd edib ki, Zabux kənd həkim məntəqəsi modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzindən əlavə olaraq Zabux kəndinə inşa olunan ilk tibb ocağıdır:
"2023-cü ilin may ayından Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında Laçın Rayon Mərkəzi Xəstəxanası və Laçın Ailə Sağlamlıq Mərkəzi olaraq Laçında fəaliyyət göstəririk. Bu gündən üçüncü müəssisə fəaliyyətə başlayacaq. İlkin tibb məntəqəsində beş nəfərdən ibarət Zabux kənd sakini fəaliyyət göstərəcək".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi