AB-nin Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla, hər yerdə tətbiq etdiyi “antirusiya geosiyasi optikası”na təkcə Ukrayna deyil, digər ölkələrə də yüz minlərlə həyat bahasına başa gələcək.
BUTA.TV xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın bu qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“AB, əlbəttə ki, hər cür yolla özünü sülhməramlı və vasitəçi kimi göstərməyə çalışır, hətta Ukraynaya münasibətə də bu cür don geyindirməyə çalışır. Bəs AB bu ölkədəki münaqişənin bitməsini istəyirmi?” - Polyanski qeyd edib.
O, bu sualı “əsas mənbəyə”, yəni şuranın iclasında iştirak edən AB diplomatiyasının rəhbəri Jozep Borrellə yönəltməyi təklif edib:
“2023-cü ilin iyununda Qərbin Ukraynaya hərbi dəstəyini dayandıracağı təqdirdə Ukraynadakı münaqişənin bir neçə həftə ərzində bitəcəyini etiraf etdikdən sonra Borrell qeyd etdi: “Məsələ bu müharibəni bitirməkdə deyil, onu necə bitirməkdədir”. Yəni, AB Ukraynada dolayı yolla da olsa, mahiyyətcə müharibə edən tərəf kimi münaqişənin həllinə deyil, onun vasitəsilə Rusiyaya maksimum ziyan vurmağa, ən yaxşı halda isə strateji məğlubiyyətinə nail olmağa çalışır”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi