Ermənistan xalqı Əli Xaməneiyə dəstəyinə görə minnətdardır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin üzvü Lillet Qalestian İRNA-ya müsahibəsində deyib.
“Cəsarətlə deyə bilərəm ki, İran rəhbərinin erməni xalqının təhlükəsizliyi və sərhədlərin dəyişməzliyi ilə bağlı verdiyi bəyanatlar mənəvi baxımdan erməni xalqı üçün çox əhəmiyyətlidir. İran və Ermənistan arasındakı münasibətlər iki qonşu ölkə arasında çoxillik mədəni, siyasi və tarixi bağlılıq ilə yanaşı, iki xalqın mənəvi və düşüncə ortaqlığı əsasındadır. Unutmayaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Cənubi Qafqazda qüvvələr balansı pozulub. Son 2-3 ildə bir çox dövlət Ermənistanın suverenliyi və ərazi bütövlüyündən danışsa da, erməni xalqının fikrincə, İran İslam Respublikasının lideri dəfələrlə xalqın təhlükəsizliyini və sərhədlərin dəyişməzliyini bəyan dib ki, bu da mənəvi baxımdan Ermənistan xalqı üçün daha vacib olub”, - Qalestyan deyib.
Ermənistan parlamentinin üzvü həmçinin keçirilən rəy sorğusunda İranın ABŞ və Fransa ilə birgə ermənilərin dostları sırasında olduğunu xatırladıb.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi