Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski cəbhə xəttində olan hərbçilərə verilən ödənişlərin ikiqat artırılmasını təklif edib.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Ruslan Qorbenko deyib.
"Onlar 100 min qrivna yox, 200 min (5,2 min dollar - red.) döyüş müavinəti almaq istəyirlər. Bunu etmək olarmı? Bəli. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirski prezidentə təklif etdi ki hərbçiləri həvəsləndirmək üçün bu ödənişlər ikiqat artırılsın",- o bildirib.
Parlamentari qeyd edib ki, bu cür indeksasiya üçün vəsaiti döyüşmək istəməyənləri Ukrayna Silahlı Qüvvələrinin sıralarından xaric etməklə tapmaq olar:
"Belə insanları orduda saxlamağın mənası yoxdur. Daha yaxşı olar ki, döyüşmək istəyənlərin ödənişləri, ordudan azad olunanların pulları hesabına artırılsın".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi