İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadə verilib.
BUTA.TV xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda İstanbulda ən böyük problemin nəqliyyat olduğunu vurğulayıb.
Qeyd edilib ki, şəhərin əhali sayı baxımından ən sıx bölgələrindən birində inşa edilən bu metro xətti sərnişindaşımanın yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Xəttin yaxın 25 ildə ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi təxmin edilir. Bugünkü açılışla İstanbulda tamamlanan relsli sistem şəbəkəsinin uzunluğu 348 kilometrə çatdırılır.
İstanbulda daha iki metro xəttinin inşasının davam etdiyini deyən Prezident Ərdoğan bu xətlərin İstanbul hava limanı və şəhərin ən böyük məscidlərindən biri olan Çamlıcanın yerləşdiyi ərazini də əhatə edəcəyini bildirib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi