Rusiyanın Ukraynada 1,5 tonluq idarə olunan bombalardan (FAB-1500) istifadə etməsi Ukrayna hərbçiləri arasında yüksək itkilərə səbəb olub və cəbhədə qüvvələr balansını dəyişib.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Aviabombaların tətbiqi ilə bağlı videoyazılar Ukraynanın müdafiə xəttini xarabalığa çevirən bu mərmilərin böyük gücünü nümayiş etdirirdi. Onlar kritik infrastruktura, o cümlədən istilik elektrik stansiyalarına və fabriklərə ciddi ziyan vurmağa, həmçinin düşmənin döyüş ruhuna güclü təzyiq etməyə qadirdir. FAB-1500 2024-cü ilin fevralında Avdeyevkanın Rusiya tərəfindən tutulmasında mühüm rol oynayıb”, - məlumatda qeyd olunub.
Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun araşdırmaçısı Castin Bronkun sözlərinə görə, bu bombalardan istifadə Rusiyaya taktiki məqsədlər üçün hava qüvvələrindən daha səmərəli istifadə etməyə imkan verdi:
“Bu mərmilərə ancaq ABŞ-ın “Patriot” zenit-raket kompleksləri cavab verə bilərdi. Amma Ukrayna ABŞ Konqresinin Kiyevə yardım üçün maliyyələşdirməni gecikdirdiyinə görə onlara məhdud miqdarda sahibdir”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi