Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun martın 15-nə nəzərdə tutulmuş vətəndaş qəbulu martın 14-nə keçirilib.
BUTA.TV xəbər verir ki, Ş.Bağırov martın 14-də saat 10:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti) Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Zərdab, Ucar, Ağdaş və Kürdəmir rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla qəbula yazıla bilərlər.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi