Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Səxavətli Teymur və Seydanov Şəhadət müəyyən edilərək saxlanılıblar.
Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi