BMT-nin Sivilizasiyalar Alyansı dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqdir.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun Bakıda Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciətində bildirilib.
“Bütün dünyada müsəlmanlar hələ də islamofobiya ilə üzləşir. Dinə və dini inanclara qarşı ayrı-seçkilik BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin pozulması deməkdir. Məlum olduğu kimi, islam tolerantlıq və mötədillik dinidir. Əslində, bütün dinlər mərhəmət, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət kimi humanist dəyərləri qəbul edirlər”, - o vurğulayıb.
M.Moratinos, həmçinin dünyanı ədalətli, dinc və inklüziv cəmiyyətlər qurmaq üçün səylərini davam etdirməyə çağırıb.
O, müqəddəs Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına ən xoş arzularını çatdırıb.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi