İspaniya Hökumətinin sədri Pedro Sançez Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident.
Fevralın 7-də keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İspaniya Hökumətinin adından Sizə təbrikimi çatdırıram.
Yeni mandatınız dövründə Sizə bol uğurlar arzu edir və son illərdə irəliləyişlərin nəzərə çarpdığı iqtisadi sahə də daxil olmaqla İspaniya Hökumətinin ölkələrimiz arasında əlaqələrin inkişafını davam etdirmək istəyini Sizə bildirir, qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialının mövcud olduğunu qeyd edirəm.
Həmçinin bu günədək sülh yolunda göstərilən səyləri davam etdirmək üçün lazım olanı arzulayır, Qafqaz regionu üçün tezliklə ədalətli, davamlı və beynəlxalq hüquq tərəfindən hörmətlə qarşılanan sülhün olması istəyimi Sizə çatdırıram. Bilirsiniz ki, bunun üçün İspaniyanın və Avropa İttifaqının dəstəyi Sizinlədir.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırıram".
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi