Bu gün də Azərbaycan qadını ölkədə sabitliyin qorunub saxlanılmasında yaxından iştirak edir, bu işin təşkilində öz töhfələrini əsirgəmir.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev Feysbuk hesabında paylaşım edib.
"Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Şəhid analarına, şəhidlərin ömür-gün yoldaşlarına bayram təbrikimizi yetirir, onlara səbir, təmkin və dözüm arzulayırıq. Qadın zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Bu adın ucalığı, işgüzarlığı və saflığı nəsillərə örnəkdir.
Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uğurlar diləyirik!
Bayramınız mübarək olsun!", - paylaşımda qeyd olunub.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi