Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək "Qarabağ" və Almaniyanın “Bayer" komandasının start heyətləri açıqlanıb.
BUTA.TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Yassin Benzia, Ulio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.
"Bayer”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek. Baş məşqçi: Xabi Alonso.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
- Putin sui-qəsddən qorxur: Mühafizə gücləndirilib...
- Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
- Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - VİDEO
- Turalbəy Mehdiyevə hökm oxundu
- “AzerGold” məhsulları Beynəlxalq Xalça Festivalında...
- DYP-dən skuter istifadəçilərinə xəbərdarlıq
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video