Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır.
Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a müğənninin köməkçisi Elvin Salmanov məlumat verib.
O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib:
“Hər şey yaxşıdır. Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Hazırda yaxşıdır. Yanlış anlaşılma olub. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Hazırda Bakıdadır”.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılmışdı. Analizlərin cavabları yaxşı çıxmadığı və bu səbəbdən müğənninin yenidən Türkiyəyə yollandığı bildirilmişdi.
Qeyd edək ki, xərçəng xəstəsi olan Zeynəb Həsəni 2022-ci ildə əməliyyat olunub.
- Qonaq gəldiyi evdə arı sancdı, öldü
- DYP-dən sürücülərə xəbərdarlıq
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...