Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub.
Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub.
Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.
Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.
- AZAL Dubaya uçuşları bərpa edir
- Xətaidə təltif olunan hərbçilərin mükafatları təqdim edildi - Foto
- Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - Foto
- Metro və avtobuslarda bu cür əyləşənlər həbs olunacaq - Video
- Evdən qızılları oğurlayıb satdı, gözəllik salonu açdı
- AZAL Təl-Əvivə uçuşları bərpa edir
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?