Şolts “Taurus”u Ukraynaya vermək, lakin bütün məsuliyyəti ABŞ və İngiltərəyə yükləmək istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov Antalya Diplomatiya Forumu zamanı mediaya açıqlamasında deyib.
"Almanlar hamını aldatmaq istəyirlər ki, onlar haqqında deyil, amerikalılar və britaniyalılar haqqında fikirləşsinlər, çünki amerikalılar və britaniyalılar artıq Ukraynadadır. Bu, ümumiyyətlə, açıq-aşkar özünü ifşadır", - Lavrov bildirib.
Lavrov hesab edir ki, alman zabitlərin söhbəti ilə bağlı qalmaqal Avropada müharibə düşərgəsinin hələ də çox güclü olduğunu təsdiqləyir.
Qeyd edək ki, alman zabitlərin “Taurus”u Ukraynaya vermək və Krım körpüsünə zərbə endirməklə bağlı gizli səs yazısının doğruluğunu Almaniya MN artıq təsdiqləyib.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?