Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa tam hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərini üçüncü ölkə vətəndaşları üçün açmağa hazırdır:
"Bu barədə qərar artıq qəbul olunub. Hazırda Türkiyənin bu istiqamətdə hərəkətə keçməsini gözləyirik”.
"Rəsmi İrəvan Ankara ilə əlaqələri normallaşdırmağa da tam hazırdır. Bu, bütün regionun xeyrinə olacaq. Bizim üçün münasibətlərin normallaşması üçün hansısa əngəl yoxdur”, - R.Rubinyan qeyd edib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir