Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəmiz Bakıda səfərdə olub, ancaq rəsmi İrəvan hələ də onun səfərini təsdiqləməyib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
S.Lavrov bildirib ki, Rusiya iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası məsələlərinin həllinə kömək etməyə hazırdır:
"Biz bununla bağlı xüsusi nümayəndə təyin etmişik və o, Bakıda səfərdə olub. Amma rəsmi İrəvan hələ də onun Ermənistana səfərini təsdiq etməyib. Bu da öz növbəsində Ermənistan hakimiyyətinin Rusiyaya olan münasibətini göstərir”.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir