Sankt-Peterburq şəhərində pilotsuz təyyarə yaşayış binasına çırpılıb.
BUTA.TV xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov məlumat verib.
Beqlovun sözlərinə görə, hadisə Krasnoqvardeyski rayonunda qeydə alınıb.
Hadisə yerində təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
“Ölən və yaralanan yoxdur. İki evin eyvanının şüşələri qismən zədələnib. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib”, - qubernator öz Teleqram kanalında qeyd edib.
Qeyd edək ki, bu, Peterburqun ilk dəfə PUA hücumuna məruz qalması kimi təqdim edilib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir