Qərbin Ukraynaya dəstəyi olmazsa, Rusiya müəyyən zamanla dağıdıcı strateji üstünlük qazanacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələrinin keçmiş baş komandanı Mark Milli deyib.
“Bu, faciəvi olacaq. Çünki bu nöqtədə ukraynalılar özlərini uğurla müdafiə edə bilməyəcəklər”, - Milli bildirib.
O, Konqresdəki respublikaçıları yardımla bağlı əngəli aradan qaldırmağa çağırıb:
“Ukraynaya dəstəkdən imtina edilməsi qaydalara əsaslanan dünya düzəninə ölümcül zərbə anlamına gəlir”.
Milli hesab edir ki, hazırki problem amerikalıların son vaxtlar Əfqanıstan və İraqda döyüşməsi və əbədi müharibələrdən artıq kifayət qədər yorulması ilə müəyyən qədər əlaqəlidir.
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?