Bu ay Ukrayna mövzusunda Təhlükəsizlik Şurasının iclasları keçirilə bilər.
BUTA.TV xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kazuyuki Yamazaki bildirib.
"Artıq görüş cədvəlimiz var. Bu məsələdən (Ukrayna müharibəsi - red.) bəhs edilmir. Amma biz Təhlükəsizlik Şurasının üzvləri arasında müəyyən maraq eşitmişik. Ona görə də biz BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə məsləhətləşib bu məsələni həll edəcəyik və zərurət yaranarsa, bu, cədvəldə öz əksini tapacaqdır", - Yaponiya nümayəndəsi qeyd edib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir