Finlandiya Ukraynanın tədarük etdiyi silahların istifadəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen deyib.
O bildirib ki, Finlandiya bu silahların xüsusilə Rusiya ərazisində istifadəsinə qadağa qoymayıb.
Hakkanen əlavə edib ki, belə bir qadağa əsasən Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təmin edən ölkələr tərəfindən tətbiq edilir.
Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Jukka Kopra nazirin fikirləri ilə razılaşıb.
"Lazım gələrsə, Ukrayna da Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməlidir", - o bildirib.
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?