11 yaşlı qızın Bakı Sağlamlıq Mərkəzində diş müalicəsindən sonra komaya düşdüyü iddia olunur.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, iddialara görə Zamin Babayev adlı şəxs fevralın 21-də qızının dişini müalicə etdirmək məqsədilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.
Vətəndaşı xəstəxanadan Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndiriblər. Ata həkimə bildirib ki, müalicə proseduru sedasiya üsulu ilə edilsin, anesteziyadan birmənalı şəkildə imtina olunub.
Məlumata görə, həkim atanın israrına rəğmən anesteziya ilə müalicəyə başlayıb.
"Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb və onun səhlənkarlığı nəticəsində oksigen çatışmazlığı yaranıb, uşaq komaya düşüb. Komaya düşəndən sonra da uşaq Bakı Sağlamlıq Mərkəzində düzgün müalicə olunmayıb. Atası tələsik ambulansla uşağı Mərkəzi Klinik Xəstəxanaya aparıb və orada məlum olub ki, anestezioloqun səhlənkarlığına görə uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda edilməli olan müdaxilənin hec biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib. 9 gündür 11 yaşlı uşaq komadadır, həkimlər bildiriblər ki, ən yaxşı halda yataq xəstəsi olacaq", - deyə ailə bildirib.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Xəstəxanadan bildirildi ki, gün ərzində rəsmi açıqlama veriləcək.
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?