"Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
Məlumata görə, texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
"Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.
Məlumat üçün bildiririk ki, "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.
Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik.
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?