Xəbər verdiyimiz kimi, Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
BUTA.TV xəbər verir ki, görüşün heç bir vasitəçi olmadan keçirilməsi diqqət çəkib. Görüşlə bağlı açıqlamalarda da görüşöncəsi üçtərəfli danışıqlar haqda hər hansı informasiya yoxdur.
Azərbaycan nümayəndə heyətinin tərkibində Ceyhun Bayramovla yanaşı, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları var.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edir.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq